İlham Əliyev Putinlə bu tarixdə görüşəcək - Kremldən açıqlama


Azərbaycan və Rusiya prezidentlərinin aprelin 26-da Pekində keçiriləcək beynəlxalq iqtisadi forum çərçivəsində görüşü planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov məlumat verib. Dövlət başçıları ikitərəfli əlaqələr və digər beynəlxalq məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.


Açar sözlər
Azərbaycan , Rusiya , Çin , Pekin , Uşak
Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər