İlham Əliyev — Uzaqgörən strategiyaya malik LİDER

İlham Əliyev — Uzaqgörən strategiyaya malik LİDER

Hər bir xalqın, millətin xoşbəxtliyi ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olmasıdırsa, ikinci əsas şərt onun dövlətini daha gücləndirməyə qadir uzaqgörən strategiyaya malik liderinin olmasıdır. Əgər bir xalq öz idarəçilyində milli maraqları əsas götürən bir liderə istinad edirsə, o zaman həmin dövlət daha ciddi uğrulara imza atacaq. Azərbaycan Prezidenti İlham Əliyev də məhz belə bir siyasətçilərdəndir. Onun 2003-cü ildən Azərbaycana Prezident seçildiyi müddətdən bəri ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Düzdür, Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətin olduğundan, H.Əliyev Azərbaycan dövlətçiliyinin dönməzliyini təmin edərək,onun inkişaf yolunu müəyyən etdi. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınıb. Məhz Ulu Öndər H.Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymaqla, nəinki öz regionumuzda, hətta qonşu regionlarda da güc mərkəzinə çevrilməyə başladı. İqtisadi islahatlara start verildi və iqtisadi sahədə uğurlar əldə edildi. H.Əliyevin yürütdüyü bu siyasət cənab İlham Əliyev tərəfindən daha da dərinləşdirildi. Bu ancaq Prezident İlham Əliyevin bünövrəsi H.Əliyev tərəfindən müəyyəndləşdirilmiş düzgün uzaqgörən strategiyaya əsaslanırdı. Əgər Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ilkin mərhələdə ölkə rəhbərliyinin siyasi kursu və diplomatik fəaliyyəti iqtisadi maraqlarımızın reallaşmasına xidmət edirdisə, indi iqtisadi sahədə əldə edilən uğurlar, həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin siyasi-strateji maraqlarına xidmət etməkdədir. Bu gün Azərbaycanda iqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır və çox uğurlu bir şəkildə tamamlanır. Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti strateji xarakter daşıyır və Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər açır.

Dövlət quruculuğunun və iqtisadi islahatların ardıcıl həyata keçirilməsinin başlıca şərti ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, ölkə əhalisinin sosial rifah halının gücləndirilməsi və Azərbaycanın dünyanın inkişaf etdirilmiş ölkələr sırasında yer almasıdır. Cənab İlham Əliyev də 2003-cü ildə Azərbaycan seçildiyi müddətdən fəaliyyətini ancaq bu istiqamətdə quraraq, hədəflərə nail olmaq üçün çalışır. Ötən bu müddətə nəzər saldığımız zaman Prezident İlham Əliyevin düzgün strategiyası nəticəsində Azərbaycan qarşısında duran hədəflərə nail olduğunu əminliklə qeyd edə bilərik. Çünki Prezident İlham Əliyev dövlət idarəçiliyində “güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanaraq fəaliyyət göstərır. Bu düzgün strategiyanın nəticəsi olaraq, ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılıb, dövlət idarəçiliyi səmərəli təşkil olunub, vahid dövlət siyasəti həyata keçirilib, iqtisadi inkişafda əsas hədəflər dəqiq müəyyən edilib, islahatlar davamlı xarakter alıb, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin edilib.

Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər. Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir. Bu məqsədlə son 16 ildə 200-dən artıq proqram xarakterli sənəd, o cümlədən Konsepsiya, Milli Strategiya, Strateji Yol Xəritəsi, Dövlət Proqramı, Milli Fəaliyyət Planı, Tədbirlər Planı, Tədbirlər Proqramı, Milli Plan və proqramlar qəbul edilib.


Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meylləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması ilə tamamlanır. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, dövlət başçısı ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. İqtisadiyyatda çoxşaxəliliyin təmin edilməsi məqasədi ilə ötən müddət ərzində sənaye parkları və məhəllələri yaradılıb. Bu da öz növbəsində qeyri-neft sektorunda mövcud potensialın gücləndirilməsinə və yeni istehsal sahələrinin yaradılmasına, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmaya gətirib çıxarıb. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli iş görülüb.


Prezidenti İlham Əliyevin əsas niyyətlərə hədəflənən düzgün strategiyası hesabına qlobal, geosiyasi, geoiqtisadi çağrışlara zamanında çevik surətdə reaksiya verməsi nəticəsində Azərbaycan enerji qovşağı ilə yanaşı, qısa zaman kəsiyində Avrasiyanın logistik, yükdaşıma mərkəzinə çevrildi. Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb, Qərb-Cənub nəqliyyat dəhlizləri üzrə magistral və dəmiryolları layihələri uğurla davam etdirilib.


Ölkənin tranzit potensialından daha səmərəli şəkildə yararlanmaq məqsədi ilə dövlət səviyyəsində institusional islahatlar həyata keçirilib və bu məqsədlə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, özəl şirkətlərlə dövlət orqanlarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması və tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində işlərin aparılması Koordinasiya Şurasına həvalə edilib. Ölkənin tranzit cəlbediciliyinin artırılması istiqamətində Koordinasiya Şurası tərəfindən bir sıra mühüm tədbirlər görülüb. Belə ki, dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilərək, tranzit müddətləri qısaldılaraq, prosedurlar təkmilləşdirilərək optimallaşdırılma tarif siyasəti həyata keçirilməkdədir. Prezident iqtisadiyyatın şaxələndirilməsi və sənayenin modernləşdirilməsinin sahəsi kimi Kosmik sənayenin ölkəmizdə inkişafını fəaliyyətinin əsas prioroteti hesab edib. Bu məqsədlə telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan “Azerspace” və “Azersky”ın istismara verilib. Artıq Azərbaycan bu layihələrdən milyonlarla dollar gəlir götürməkdədir. Belə bir layihənin həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və nufuzunun artmasına öz layiqli töhfəsini verməkdədir.


İşğala qarşı uğurlu təcrid siyasəti strategiyası

Azərbaycan inkişaf etdikcə, beynəlxalq aləmdə mövqeyi möhkəmləndikcə, Prezident İlham Əliyevin əsas hədəfi ölkənin ən aktual problem olan Ermənistanın işğal siyasətinə son qoyması istiqamətində olub. Müəyyən edilən düzgün strategiya nəticəsində Ermənistan qarşı təcrid siyasəti daha da dərinləşdirilib və işğlaçı ölkə bölgədə beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb. Belə ki, Ermənistan bölgədə həyata keçirilən böyük maddi gəlirlər, o cümlədən ölkələrin təhlükəsizliyinə ciddi dividentlər gətirən layihələrdən kənarda qalıb.

Azərbaycan Prezidenti qlobal çağırışlara çevik reaksiyaya verərək, təşəbbüsü ələ alıb enerji layihələrindən sonra tranzit-yükdaşıma, elektroenegetika sahəsində və digər layihələri həyata keçirməklə Ermənistanı oyundankənar vəziyyətə salıb. Ermənistanın müttəfiq hesab etdiyi dost ölkələr belə onunla regional layihələrdə iştirak etməkdən boyun qaçıraraq Azərbaycanla əməkdaşlığa üstünlük veriblər. Bütün bunlar ancaq müəyyənləşdirilmiş düzgün strategiya nəticəsində mümkün olub. Onun nəticəsidir ki, Ermənistan uzun illərdir sosial-iqtisadi böhran işində çabalayır və bu böhran daha da dərinləşir. Dərinləşən böhran Ermənistanda tez-tez hakimiyyətə dəyişikliklərinə zəmin yaradır. Ölkə əhalisi çıxış yolu kimi ölkəni tərk etməkdə görür. Əhali nəinki ölkəni tərk edir, eyni zamanda özləri ilə bərabər bütün kapitallarını da ölkədən çıxarırlar. Ermənistanın rəsmi statistikasına görə son bir ildə ölkədən 1,3 milyard dollar yaxın pul ölkədən çıxarılıb. Bura hələ insanların çıxardığı digər əmlaklar, qiymətli əşyalar daxil deyil. Qeyri-rəsmi məlumatlara görə isə bu deyiləndən xeyli çoxdur. Bütün bunlar isə Ermənistanın təhlükəsizliyini ciddi təhdid altına qoyur.


Artıq bu strategiyanın nəticəsidir ki, dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə, erməni lobbisinin Azərbaycana qarşı həyata keçirdiyi təbliğata inanmır. Bir zamanlar Ermənistan dəstək verənlər tədricən onun arxasından çəkilməyə başlayıb. Ermənistan da artıq bunu görür və təşviş içindədir.
Prezident İlham Əliyevin “güclü dövlət-güclü iqtisadiyyat- güclü ordu” prinsipi siyasətinin əsas prioritetlərindən biri olduğundan bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Azərbaycan Ordusu ölkəni gözləyən təhlükələrdən müdafiə emtək qabliyyətindədir. Bu gün Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək üçün hazır vəziyyətindədir və bun qadırdir. Bunu artıq xarici ekspertlər və elə düşmən Ermənistan da etiraf etməkdədir. Bütün bunlar ancaq müyyənləşdirilmiş düzgün strategiya nəticəsində mümkün olub. Son olaraq bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin düzgün strategiyası nəticəsində Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail olacaq. Azərbaycan daha da inkişaf edib, qarşıdakı qısa zaman kəsiyində dünyanın inkişaf etmiş ölkələr sırasında yer alacaq və işğal altında olan torpaqlar işğaldan azad olunacaq.

Mürtəza Bünyadlı Ölkə.Az

Siyasət xəbərləri
Olke.az digər xəbərlər