İlham Əliyev və Vladimir Putin görüşdü

İlham Əliyev və Vladimir Putin görüşdü

Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Dövlət başçıları görüşdə çıxış ediblər

Rusiya Prezidenti Vladimir Putin deyib:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.

Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam.

x x x

Azərbaycan Prezidenti İlham ƏLİYEV deyib:

-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var.

Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun.

Prezident Vladimir Putin: Sağ olun. Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun.

x x x

Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildib və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Prezident Vladimir Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Siyasət xəbərləri
Marja.az digər xəbərlər
AZAL və “Buta Airways”in reysləri dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:00 - Marja.az - Siyasət
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):Reysin nömrəsi MarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-003/004Bakı-Ankara-Bakı20:0021:3022:3001:50+J2-011/012Bakı-Dubay-Bakı04:5007:4510:1013:10J2-026Antalya-Bakı16:0019:50J2-076İstanbul (IST)-Bakı16:3020:15J2-9683/9684Kiyev (IEV)-Bakı(Buta Airways)16:1020:30J2-9575/9576Bakı-Kazan- Bakı(Buta Airways)20:0021:5022:5002:50+J2-9717/9718Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways)21:0021:4022:4001:05+J2-809/810Bakı-Moskva (VKO)-BakıReyslər ləğv edilmişdirJ2-079/080Bakı - İstanbul-BakıReyslər ləğv edilmişdirJ2-852/851Bakı- Moskva (DME)- BakıReyslər ləğv edilmişdirJ2-255Bakı-NaxçıvanReys ləğv edilmişdirJ2-254Naxçıvan- BakıReys ləğv edilmişdir30 may (yerli vaxt göstərilmişdir):Reysin nömrəsiMarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-011/012Bakı-Dubay-Bakı12:4015:3516:4519:45J2-827Bakı-Moskva (VKO)02:4505:00J2-852/851Bakı- Moskva (DME)- Bakı11:4013:5014:5018:40J2-9111/9112Bakı-Alanya-Bakı(Buta Airways)12:3014:3015:3019:20J2-9685/9686Bakı-Odessa-Bakı(Buta Airways)12:1514:4015:4019:40J2-239Bakı–GəncəReys mayın 29-na keçirilmişdiruçuş: 08:00, eniş: 09:00J2-021/322Bakı –Təl-Əviv –BakıReyslər ləğv edilmişdirJ2-075/076Bakı – İstanbul (IST)-BakıReyslər ləğv edilmişdirJ2-9103/9104Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)Reyslər ləğv edilmişdirJ2-9223/9224Bakı-Tbilisi-Bakı(Buta Airways)Reyslər ləğv edilmişdirJ2-9017/9018Bakı -Tehran - Bakı(Buta Airways)Reyslər ləğv edilmişdirJ2-251Bakı-NaxçıvanReys ləğv edilmişdirJ2-258Naxçıvan-BakıReys ləğv edilmişdirQeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.