İlham Əliyevin bu sözləri Ermənistanı ÇALXALADI - Düşmən ölkə TƏŞVİŞ İÇİNDƏ

İlham Əliyevin bu sözləri Ermənistanı ÇALXALADI - Düşmən ölkə TƏŞVİŞ İÇİNDƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziyalara verdiyi müsahibə Ermənistan kütləvi informasiya vasitələrində geniş şərh edilməkdədir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Ermənistandan gələn hər hansı təhlükəni məhv edəcəyimizlə bağlı fikrini nəşrlərin əksəriyyətində manşetə çıxaran Ermənistan mətbuatı bunu “ölkəyə növbəti təhlükə” kimi şərh edib.

Prezident İlham Əliyevin Ermənistanın hərbi quruculuğu necə aparmağa çalışdığını diqqətlə izləməyimiz, Ermənistanın harasında olmasından asılı olmayaraq, Azərbaycan üçün təhdid kimi qiymətləndirəcək istənilən təhlükəni aradan qaldırmağa hazır olmaqla bağlı fikirlərini təhlil edənlər qənaətlərini bu cür yekunlaşdırırlar: “Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tempi dayanmır”.

Nəşrləri, həmçinin Prezident İlham Əliyevin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlər zamanı 8-ə qədər erməni hərbçinin həlak olduğunu qeyd etməsinə də xüsusi diqqət çəkiblər.

Açar sözlər
Ilham Əliyev , Silahlı Qüvvələr , Azərbaycan Respublikası , Ermənistan
Siyasət xəbərləri
İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib +FOTO=9

İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib +FOTO=9

15-01-2022 12:11 - Azpress.az - Siyasət
Konfrans müddətində bir sıra dövlət qurumları və QHT nümayəndələri, ictimai şura üzvləri - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Şəmkir Təlim və Resurs Mərkəzinin sədri Fuad Bədəlov, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva, Balakən rayonu İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələləri üzrə şöbəsinin baş məsləhətçisi Aynur Omanova, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyli, ATXƏM-in sədri İlham İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik-Abbas, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Adəm Salahov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, “İnkişafa və islahatlara dəstək” İB-nin sədri Ramil Əliyev, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, “İnkişaf və Rifah Naminə” İB-nin sədri Zəminə Səfərova, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vüqar Əliyev, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Sumqayıt şəhəri İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov, Şirvan rayonu İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ülvi Qiyasov və.s digər iştirakçılar çıxış edərək öz fikir və təkliflərini bildirib.
Metbuat.az digər xəbərlər