"İlham Əliyevlə dürüst və birbaşa söhbət baş tutdu"

"İlham Əliyevlə dürüst və birbaşa söhbət baş tutdu"

Ermənistan baş naziri münaqişənin nizamlanması mexanizmləri, incəlikləri barədə ümumi təsəvvür olmadığını bildirib

BAKI, 11 aprel — Sputnik. “Azərbaycan prezidenti İlham Əliyevlə olduqca aşıq, birbaşa və konstruktiv söhbət baş tutdu”. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyası (AŞPA) deputatlardan birinin sualını cavablandırarkən bildirib.

"Çox təəssüflər olsun ki, bizim hələlik münaqişənin nizamlanması mexanizmləri, incəlikləri barədə ümumi təsəvvürümüz yoxdur, lakin biz səmimi diskussiya atmosferi yarada bildik ki, bunun özü yaxşıdır" - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, martın 29-u Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan baş naziri və Azərbaycan prezidenti İlham Əliyev arasında rəsmi olaraq ilk görüş keçirilib.

Daha sonra "Facebook"-da canlı yayım zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada baş tutan görüşünü şərh edən Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində yeni vəziyyət yaranıb

Paşinyan qeyd edib ki, əgər problemi həll etmək istəyi varsa, onda bu tip görüşləri hər hansı bir tərəfin qələbəsi və ya məğlubiyyəti kimi dəyələrləndirmək lazım deyil: "Liderlər bir neçə saat görüş keçirir, daha sonra bir-biri ilə, tamamilə əks olan şərhlər səslənir. Bu, olduqca qəribədir. Mənim ilkin təəssüratım bundan ibarətdir ki, bizim təklifimizə reaksiya verildi. Həm mən, həm də Azərbaycan Prezidenti görüşü pozitiv dəyərləndirdik".

O qeyd edib ki, erməni tərəfi danışıqlar formatının dəyişdirilməsi məsələsini qaldırmır.

Paşinyan deyib ki, danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam etdiriləcək: "Vyanada "Qarabağ"ın (Dağlıq Qarabağdakı qondarma rejim nəzərdə tutulur - red.) danışıqlar prosesində birbaşa iştirakı məsələsi müzakirə olunub. Tərəflər razılığa gəlməyib, lakin biz bu məsələyə qayıdacağıq".

O bildirib ki, 1998-ci ildən bəri danışıqlar prosesində Dağlıq Qarabağın erməni icması Ermənistan prezidentlərinin simasında qeyri-formal olaraq təmsil olunub: "Onlardan (Robert Koçaryan və Serj Sarqsyan - red.) fərqli olaraq mən "Qarabağ"ı təmsil etmirəm və ona görə də onun adından danışa bilmərəm".

Vyanada görüş zamanı Madrid prinsiplərinin izahı məsələsi də qaldırılıb. Bu mərhələdə erməni tərəfi onu maraqlandıran bütün suallara cavab alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçirib.

Açar sözlər
Ilham Əliyev , Nikol Paşinyan , Robert Koçaryan , Facebook , Avropa Şurası Parlament Assambleyası , Atət-In Minsk Qrupu , Azərbaycan , Qarabağ , Avstriya , Ermənistan , Vyana , Madrid
Siyasət xəbərləri
Zahid Orucun görəcəyi işlər müəyyənləşdi -  SİYAHI

Zahid Orucun görəcəyi işlər müəyyənləşdi - SİYAHI

12-04-2019 16:15 - Azvision.az - Siyasət
Sosial Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: - Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi ilə, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; - dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək; - sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını gücləndirmək və inkişaf etdirmək; - idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparmaq; - ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək.
Sputnik.az digər xəbərlər