“İlhamə mənə dedi ki, Floranı efirinə çağırma” - Xoşqədəm

“İlhamə mənə dedi ki, Floranı efirinə çağırma” - Xoşqədəm
Xoşqədəm Hidayətqızı ötən gün efirində Sevda Yahyavevanın atalığı olduğu şəxsi çıxarandan sonra sosial mediada məşhurlar tərəfindən tənqidlərə məruz qalıb.

Axşam.az bildirir ki, o, verilişində bu barədə açıqlama verərək, onu tənqid edənlərə cavab verib:

İlhamə Quliyeva

"Mən sizin düşməniniz deyiləm. İlhamə Quliyevanın qılıncının sağı-solu kəsəndə, Nazpəri "vurulan"da onu mən müdaifə etmişəm.

İşçilərimə tapşırmışam ki, həftənin neçə günü vaxtı varsa, efirə çağırın. İlhamə xanım mənə deyib Flora Kərimovanı çağırma, demişəm ki, ilk efirimə Flora gələcək.

Flora Kərimova

Səidə Sultan vurulanda onu efirimdə olmasa da, qəzetimdə müdafiə etmişəm. Mənə yaxın jurnalistlərə demişəm ki, onu müdafiə edin. Mən haqq və ədalətin tərəfindəyəm".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Aysel Əlizadəni əriylə sevgili olmaqda ittiham edən Turanə adlı qadını da efirə çıxardığı üçün tənqidlərə məruz qalmışdı.

Mədəniyyət xəbərləri
Bizimyol.info digər xəbərlər