İlin ən isti günlərini yaşayırıq - VİDEO

İlin ən isti günlərini yaşayırıq - VİDEO

Bu gün Bakıda 41 dərəcə isti olacaq.

ANS TV-nin məlumatına görə, bu gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru

Umayra Tağıyeva deyir ki, son iki gün ərzində ölkə ərazisində ən yüksək temperatur Aran rayonlarında qeydə alınıb. Burada temperatur 40 dərəcəyə kimi yüksəlib.

Abşeron yarımadasında 39 dərəcə isti olub. Bu göstəricilər, yəni həmin günlərdə müşahidə edilən temperatur orta iqlim normasından 3,5 dərəcə yüksəkdir. Son iki gündə Abşeron yarımadasında cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edib. Bu da yüksək temperatur rejimi fonunda havada rütubətliliyin artmasına səbəb olur.

Sabahdan başlayaraq mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
İKT xəbərləri
Milli.az digər xəbərlər