İlin sonunadək Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi istifadəyə veriləcək

İlin sonunadək Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi istifadəyə veriləcək

Bakı, 8 may, AZƏRTAC

Cari ilin sonunadək Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib.

"Sistem bir neçə moduldan ibarətdir. Düşünürük ki, ümumi layihə çərçivəsində yeni modulları əlavə edə biləcəyik, bu da idxal-ixrac məsələlərini və risk meyarlarını əhatə edəcək. Bizim geniş laboratoriya şəbəkələrimiz var ki, onlar da həmin sistemin tərkib hissəsi olacaq", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər