İlk ağıllı pul kisəsi təqdim olunub

 İlk ağıllı pul kisəsi təqdim olunub

OraSaifu adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının məlumatlarını yükləmək olar. Alış-verişdən öncə sadəcə müvafiq kartı seçərək NFC təmassız texnologiyası üzrə ödəniş etmək lazımdır.

Xeberler.azmail.ru resursuna istinadən məlumat verir ki,OraSaifupul kisələri bir-biri ilə işləyə bilir. Kiməsə pul göndərmək üçün kartı seçmək, məbləği qeyd etmək və bir pul kisəsini digərinə yaxınlaşdırmaq kifayətdir.

Belə ki, sözügedən cihaz 4 düym diaqonallıHDekrana malikdir, çəkisi 65 qramdır. Daxili akkumulyator 1 həftəlik iş üçün kifayət edir, qurğu 1saat müddətində enerji toplayır.

Bundan başqaağıllıpul kisəsi kriptovalyutanın saxlanılması üçün istifadə edilə bilər, bütün populyar layihələri dəstəkləyir.

Bildirək ki. ilkin sifariş üzrə pul kisəsinin qiyməti 119 dollar təşkil edir. İlk tədarük 2018-ci ilin oktyabrına planlaşdırılıb.

Xeberler.az

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər