İlk dəfə belə bir mənzərənin şahidi oluram. Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Formula-1 üzrə Azərbaycan Qran-prisi haqda danışarkən deyib. Braziliyalı qolkiper "Globo Sport"a açıqlamasında bildirib ki, avtomobillərin 340 km/saat sürətlə ötüşməsini yaşadığı "Port Baku"nun pəncərəsindən izləmək mümkündür:
"Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm. Ancaq bazar günü yarışa mütləq baxacam".
Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi iki gün davam edəcək.
Milli.Az