İlkin əlillik təyinatları 49% azalıb - Rəsmi göstəricilər

İlkin əlillik təyinatları 49% azalıb
- Rəsmi göstəricilər

2018-ci ilin birinci rübünə nisbətən I və II dərəcə əlillik təyinatlarında 3 dəfə azalma qeydə alınıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Moderator.az-a verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində nazirlik tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.


2019-cu ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5310 nəfər təşkil edib.


O cümlədən, ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.


Əlilliyin dinamikasında özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir.

İqtisadiyyat xəbərləri
Milli Onkologiya Mərkəzinin yeni korpusunda “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib

Milli Onkologiya Mərkəzinin yeni korpusunda “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat
Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.

 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



MOM-un şüa müalicəsi şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor İsa İsayev qeyd edib ki, tibb işçilərinin radioşüalanmanın mənfi təsirinə məruz qalmaması məqsədilə Mərkəzin şöbəsinin yeni korpusunun tikintisində Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələri əsasında və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında spesifik materiallardan istifadə edilib.
Moderator.az digər xəbərlər