İlqar Vəlizadə: “İran iqtisadiyyatı vəziyyətə alışıb”

İlqar Vəlizadə: “İran iqtisadiyyatı vəziyyətə alışıb”

Politoloq İlqar Vəlizadə deyir ki, sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir

RADİOİlqar Vəlizadə: “İran iqtisadiyyatı vəziyyətə alışıb”

"İran masa arxasına oturmayınca, ABŞ bu ölkəyə qarşı təzyiqi artıracaq və sanksiyaları davam etdirəcək”. Bunu İrandan neft idxal edən 8 ölkə və regiona sanksiyalarla bağlı tətbiq edilən müvəqqəti istisnanın götürülməsini şərh edən dövlət katibi Mayk Pompeo deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ sanksiyalarının İrana təsiri uzunmüddətli xarakter daşıyır: “Hazırda sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir. Sanksiyalar İran sənayesinə təsir göstərəcək. Xüsusəndə xarici investisiyalarla qurulmuş müəssisələr sanksiyalardan payını alacaq. Belə müəssisələrin fəaliyyətləri məhdudlaşdırılacaq. İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır. Paralel olaraq dünya neft bazarının daralması da İran üçün yaxşı heç nə vəd etmir. Ancaq onu da deməliyik ki, İran iqtisadiyyatı uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyi üçün vəziyyətə alışıb”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Açar sözlər
Ilqar Vəlizadə , Mayk Pompeo , Iranın Maliyyə Sistemi , Abş , Azərbaycan , Iran
Siyasət xəbərləri
Əməllərinizi hara yozaq, Əli Kərimli?..

Əməllərinizi hara yozaq, Əli Kərimli?..

24-04-2019 09:06 - Axar.az - Siyasət
Sual yaranır: necə olur ki, siz öz ailənizi ölkədən kənarda tutduğunuz halda millətin gənc və təcrübəsiz övladlarını qızışdırıb meydanlara çıxarır, radikallaşdırır, qanun pozmağa belə sövq edib həbsxanaya göndərirsiniz? Niyə bütün bunları sizin öz oğlunuz etmir də başqalarının övladlarının etməsini istəyirsiniz, Əli Kərimli? Yaxud, necə olur ki, siz illər uzunu heç bir gəlir gətirən işlə məşğul olmadığınız halda ailə üzvləriniz dünyanın ən bahalı ölkələrində bəy balası kimi yaşayır, əsgərlikdən yayınmış oğlunuz gününü hətta eyş-işrətdə, bahalı əyləncə mərkəzlərində keçirə bilir? Bunu hansı pulların hesabına edə bilirsiniz? Doğrudanmı cəmi bir illik hakimiyyətinizin qısa dönəmində dövlət katibi olduğunuz zaman o qədər varidat toplaya bilmisiniz ki, az qala otuz ildir xərcləyirsiniz bitmir? İşin içində korrupsiya filan olmaya, Əli Kərimli? Yaxud da bir ucu ermənilərə gedib çıxan xarici fondların sizi maliyyələşdirməsi haqda deyilənlərin doğru olduğuna inanaq bəlkə? Bəs ABŞ-ın NED fondunun kimə – hansı təşkilata verdiyini inadla gizləydiyi pulların sizə də gəlməsi necə, variant ola bilərmi?Əli Kərimlinin oğlunu əsgərlikdən yayındırıb şübhəli fondlardan maliyyə alması haqqında deyilənləri nəzərə alsaq, vətənpərvərlik və dövlət maraqları üçün irəli sürdüyü iddiaların səmimi olmadığını deməyə, əlbəttə haqqımız var!Bu adam bir zamanlar öz siyasi liderinə – Əbülfəz Elçibəyə çamur atma kampaniyası aparırdısa, bu gün qara işlərə bulaşması, sadəlövh gəncləri qızışdırıb siyasi mübarizə aparma görüntüsü yaratması da bizim üçün anlaşılmaz deyil.
Sputnik.az digər xəbərlər