IMF FED-in “artımı dayandırma”qərarını təsdiqlədi

IMF FED-in “artımı dayandırma”qərarını təsdiqlədi

Beynəlxalq Valyuta Fondunun (IMF) yeni baş iqtisadçısı Gita Gopinath FED-in “artımı dayandırma” qərarının dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-a müsbət təsir göstərəcəyini vurğulayıb.


Gita Gopinath-in sözlərinə görə, FED-in faiz artımlarını dayandırması iqtisadiyyata olduqca böyük müsbət təsir göstərəcək: “FED-in bu yanaşmasını dəstəkləyirik”.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) yanvar ayında gözlənildiyi kimi uçot faiz dərəcəsini sabit saxlamış və yeni faiz artımı üçün “səbirli” olacaqları ilə bağlı siqnal vermişdi.

Qeyd edək ki, FED-in iki günlük Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında uçot faiz dərəcəsi 2.25-2.5% arasında saxlanılmışdı.

Açar sözlər
Fed , Beynəlxalq Valyuta Fondu , Abş
İqtisadiyyat xəbərləri
Kimlərin maaşı artacaq?  - Nazirlik açıqladı

Kimlərin maaşı artacaq? - Nazirlik açıqladı

11-02-2019 10:03 - Azvision.az - İqtisadiyyat
Onların sırasında daxildir: elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər; dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər; dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları; dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.); dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.