İmişli Rayon Təhsil Şöbəsində dəyişiklik –Nazir yeni müdir təyin etdi


İmişli Rayon Təhsil Şöbəsində dəyişiklik –Nazir yeni müdir təyin etdi

İmişli Rayon Təhsil Şöbəsinə (RTŞ) müdir təyinatı olub.

Müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyevtəyin edilib.

Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb. Evlidir, 2 övladı var/Report.

Hadisə xəbərləri
Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

09-05-2019 13:17 - Faktor.az - Hadisə

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində baş vermiş bədbəxt hadisə barədə birgə məlumat yayıb

Modern.az-a verilən birgə məlumatda qeyd edilir ki, mayın 8-də “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.
Strateq.az digər xəbərlər