İmişlidə evdən 12 min manatlıq qızıl oğurlanıb

İmişlidə evdən 12 min manatlıq qızıl oğurlanıb

İmişlidə evdən 12 min manatlıq qızıl oğurlanıb

18:56 26 Aprel 2019

İmişli rayonunda silsilə oğurluqlar törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, fevralın 8-də İmişli rayonu Məcrəli kənd sakini Surət Şahbazlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 12 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Azər Əliyev və İsmayıl İsmayılzadə saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan qızıl-zinət əşyalarının müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində A.Əliyevin və İ.İsmayılzadənin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 12 baş xırdabuynuzlu heyvan və avtomobildən 400 manat pul oğurladıqları məlum olub.

Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 28


Hadisə xəbərləri
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

26-04-2019 10:30 - Baku.ws - Hadisə
Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.
Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

26-04-2019 08:55 - Demokrat.az - Hadisə
Lazımsızdırsa dövlətin vəsaiti niyə havaya sovrulur?" Bakı Şəhər Baş Təhsil İdarəsi bildirilib ki, 2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb. Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil. Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub. Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb Qeyd edək ki, 2018-2019-cu illərdə Bakı şəhəri üzrə hazırlıq qruplarının təşkil ediləcəyi orta məktəblərin siyahısında 162 saylı məktəbin adı olmayıb. Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib.  Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb: "Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Femida.az digər xəbərlər