İnam Kərimov fermerlərlə görüşüb

İnam Kərimov fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov Qəbələ rayonunda fermerlərlə görüş keçirib.

Bu barədə “Yeni Sabah”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, Qəbələ rayon İcra Hakimiyyətində keçirilmiş görüşdə Nazirliyin aparatının, tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər.

İ.Kərimov qeyd edib ki,  ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu görüşün keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Görüşdə fermerlər məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid və pesdisitlər, o cümlədən texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.

 

Yenisabah.az
İqtisadiyyat xəbərləri
Yenisabah.az digər xəbərlər