İNANILMAZ!Döş qəfəsindəki şişdən belə xilas oldu/ FOTOLAR

İNANILMAZ!Döş qəfəsindəki şişdən belə  xilas oldu/ FOTOLAR

Türkiyənin Tokat şəhərində yaşayan 50 yaşlıfermerEkrem Pelit sinə ağrısı və nəfəs almada çətinlik çəkmə səbəbilə xəstəxanaya müraciət edib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, aparılan müayinədən sonra adamın döş sümüyündə təxminən6 kiloqramlıq şiş olduğu müəyyən olunub. Pelit müalicə üçün Ankaraya göndərilib. Keçirdiyi iki çətin əməliyyatdan sonra adam sağlamlığına qovuşub.

İlk əvvəl Pelitin döş qəfəsindəki 6 kiloqramlıq kütlə əməliyyatla çıxarılıb. Daha sonra döş qəfəsində yaranan boşluq titaniumdan istehsal olunmuş “süni döş qəfəsi” ilə doldurulub.

Həkim Sedat Gürgök xəstənin döş qəfəsindəki kütlənin ürəyinə də çox böyük təzyiq göstərdiyini bildirib.

Gürgök xəstənin bir müddət reanimasiya şöbəsində nəfəs cihazına bağlı qaldığını bildirib.



https://metbuat.az/news/1184482/bu-qurbagalar-ile.html

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İKT xəbərləri
Metbuat.az digər xəbərlər