“İnanıram ki, heykəlin kompozisiyası Tağıyevin adına layiq olacaq”- Araşdırmaçı

“İnanıram ki, heykəlin kompozisiyası Tağıyevin adına layiq olacaq”- Araşdırmaçı



"Heykəlin kompozisiyası ilə bağlı mütəxəssislər məşğul olacaq".


Bunu

Moderator.az-a açıqlamasında Hacı Zeynalabdin Tağıyevin araşdırmaçısı, tarixçi-alim Fərhad Cabbarov bildirib.


Mədəniyyət işçilərinin Prezidentlə görüşünü çox müsbət qarşıladığını deyən alim orada milyonçu Hacı Zeynalabdin Tağıyevin abidəsinin hazırlanması ilə bağlı verilən qərarı müsbət qiymətləndirib:

"Cənab Prezidentimizə ilk növbədə təşəkkür etmək istəyirəm ki, Bəhram Bağırzadənin bu təklifini bəyənib. Ümumiyyətlə, cənab Prezidentimiz hər zaman Tağıyevə qarşı çox böyük hörmət göstərib. Təkcə o görüşdə səsləndirdiyi fikirlər yox, eyni zamanda, əvvəllər də Tağıyevin Azərbaycan tarixindəki rolunu həmişə dəyərləndirib. O ki qaldı heykəl məsələsinə, bu, aktual məsələ idi və çox yaxşı ki, o görüşdə də bu məsələ qaldırıldı. Bildiyimə görə, Bəhram Bağırzadə sosial şəbəkələrdə abidənin yeri ilə bağlı müsabiqə elan olunacağını bildirmişdi. Həm abidənin yeri, həm də kompozisiyası ilə bağlı mütəxəssislər məşğul olacaq. Ona görə də hələlik bu barədə heç bir fikir söyləyə bilmərəm. Düşünürəm ki, elə Tağıyevin adına layiq həm yer də seçiləcək, həm heykəlin kompozisiyası da adına layiq olacaq".


Ülviyyə Qarayeva



Açar sözlər
Zeynalabdin Tağıyev , Bəhram Bağırzadə , Fərhad Cabbarov , Ülviyyə Qarayeva , Azərbaycan
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər