"İndi günahkar axtarmağın vaxtı deyil!"

"İndi günahkar axtarmağın vaxtı deyil!"

Milli.Az qol.az-a istinadən xəbər verir ki,"Keşlə"nin müdafiəçisi Slavik Alxasov müsahibə verib. Komandasının bu mövsümdəki bərbad çıxışının səbəblərindən danışan futbolçu paytaxt klubundakı gələcəyinə də toxunub.

- Son turun nəticəsindən asılı olmayaraq, mövsümü axırıncı sırada başa vuracaqsınız. Autsayder olmağınız futbolçulara necə təsir edir?

- Bəli, təəssüf ki, mövsümü sonuncu yerdə bitirdik. Belə olmağını istəməzdik. Əlbəttə ki, bu, bütün futbolçulara pis təsir edir.

- Mövsüm niyə "Keşlə" üçün belə uğursuz alındı?

- Açığı, niyə belə olduğunu, niyə sonuncu yeri tutduğumuzu bilmirəm. Amma əgər komanda autsayderdirsə, bu,uğursuzluqdur.

- Səncə, əsas günahkar kimdir?

- Artıq gecdir. İndi günahkar axtarmağın vaxtı deyil. Bu gün turnir cədvəlində sonuncuyuqsa, bunda hamının günahı var. Nə etmək olar. Həyat davam edir. İrəliyə baxmaq lazımdır.

- Reqlamentə görə, "Keşlə" Premyer Liqanı tərk etməlidir. Maraqlıdır, klubun daxilində bu barədə nə danışılır?

- Hələ heç bir söhbət yoxdur, sakitçilikdir. Amma vəziyyət yaxşı deyil. Biz də gözləyirik ki, komanda qalacaq, ya aşağı dəstəyə düşəcək. Təbii ki, özümüzə qalsa, Premyer Liqanı tərk etmək istəməzdik.

- Komandanın mövsümü son pillədə başa vurması, heç şübhəsiz, Zaur Axundovun da narazılığına səbəb olub. Mətbuata müsahibəsində deyib ki, heyətlə bağlı ciddi islahatlar olacaq...

- Sonuncu olduğumuza görə Zaur müəllim bizə öz iradlarını bildirdi. Ciddi dəyişikliklərin olması normaldır. Hər bir futbolçu gedə bilər.

- Mövsümün sonunda sənin də "Keşlə"dən ayrılacağınla bağlı xəbərlər dolaşır. Təkliflərin var?

- Mənim "Keşlə" ilə müqaviləm var. Hələ ki, komandadayam, gözləyirəm. Təkliflər var, amma konkret deyil. Mən də saytlardan oxuyuram.
Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər