“İndi hamı özünə “ustad”, “sənətkar” deyir, amma…”

“İndi hamı özünə “ustad”, “sənətkar” deyir, amma…”

Valeh Kərimov: “Müğənnilərimiz deyir ki, Şövkət, Rəşid, Müslüm Maqomayev yalandır, ancaq biz varıq”

“İndi hamı özünə “ustad”, “sənətkar”deyir. Müğənnilər deyir ki, məndən yoxdur. Şövkət, Rəşid Behbudov, Müslüm Maqomayevyalandır. Ancaq biz varıq”.

Bunu Moderator.az-a açıqlamasındaxalq artisti Valeh Kərimov bildirib. V.Kərimovun sözlərinə görə, bu gün özlərihaqqında bu kimi fikirlər səsləndirən bri çox şəxslə bağlı əsl mənzərə tamamiləbaşqadır:

“Vaxtiylə güclü yazıçılarvar idi, hansı ki, onlar teatrlar üçün də yaxşı əsərlər yazırdılar. İndi teatr üçünnormal ssenarilər yazan yoxdur deyə, bəzi yazıçılar deyir ki, bizdən yoxdur. Artistnə etsin? Artist çıxıb bir şeir deyə bilər. Artistin sənəti artistlik,dramaturqun sənəti dramaturqluqdur. Mən belə başa düşürəm. Niyə klassikdramaturgiyaya aid tamaşaları səhnəyə qoyanda aktyorlar müəyyən rolları oynamaqüçün az qala özlərini öldürürlər? Ona görə ki, ortada material var. Məsələn,çox aktyoir arzulayır ki, “Şah Qacar” rolunu oynasın. “Hamlet”, “Otello”rollarını oynamaq hər bir aktyorun arzusudur. Çünki ortada güclü material var. CəfərCabbarlının əsərlərinə nəzər salın. Haqverdiyevin əsərləri də bu qəbildəndir. Buəsərlərdə teatr üçün yaxşı material var. “Ölülər” tamaşaya qoyulanda hamı istəyirki, “Şeyx Nəsrullah”ı oynasın. Çünki bu rollarda aktyor da özünü daha yaxşıgöstərə bilir. Indi teatra əsər gələndə, oxunanda aktyorlar hərəsi üzünü bir tərəfəçevirir. Bu əsərlər onları özlərinə cəlb etmir. Mövcud mənzərə bundan ibarətdir”.

Seymur ƏLİYEV

Açar sözlər
Rəşid Behbudov , Seymur Əliyev , Müslüm Maqomayev , Şeyx Nəsrullah , Şah Qacar , Valeh Kərimov , Hamlet
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər