İnfarkt keçirmiş qapıçıdan xəbər var - FOTO


İnfarkt keçirmiş qapıçıdan xəbər var - FOTO

Məşq zamanı infakrt keçirmiş futbol üzrə İspaniya millisinin və Madridin “Real” klubunun keçmiş qapıçısı İker Kasilyasdan xəbər var.

Cebhe.info xəbər verir ki, sosial şəbəkələrdə qapıçının müalicə aldığı xəstəxanada çəkdirdiyi fotosu yayılıb. "İnstagram"da çarpayıda uzanmış halda şəklini paylaşan Kasilyas sağlıq durumunun yaxşı olduğunu yazıb.

Qeyd edək ki, "Portu”nun şərəfini qoruyan əfsanəvi qapıçı ötən gün məşq zamanı infarkt keçirib.

Sinəsində kəskin ağrı hiss edən 37 yaşlı qolkiperin halı pisləşib. Xəstəxanaya aparılan Kasilyasa kiçik cərrahi müdaxilə edilib.

Aydın
Cebhe.info


Oxunma sayı: 255