İngiltərə Premyer Liqası tarixində yeni rekord müəyyənləşib

İngiltərə Premyer Liqası tarixində yeni rekord müəyyənləşib

Bakı, 24 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında “Sauthempton”un hücumçusu Şeyn Lonq yeni rekorda imza atıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, irlandiyalı futbolçu “Uotford”la qarşılaşmanın 8-ci saniyəsində fərqlənməklə çempionat tarixində vurulmuş ən erkən qol müəllifi kimi tarixə düşüb.

Qeyd edək ki, bundan əvvəlki göstərici “Tottenhem”in sabiq müdafiəçisi Ledli Kinqə məxsus idi.

AZERTAG.AZ :İngiltərə Premyer Liqası tarixində yeni rekord müəyyənləşib

İdman xəbərləri
Azertag.az digər xəbərlər