İngiltərəli turist Formula 1-in möhtəşəmliyiyindən danışdı

İngiltərəli turist Formula 1-in möhtəşəmliyiyindən danışdı

Formula 1 Azərbaycan Qran-Prisi möhtəşəmliyi ilə digər yarışlardan fərqlənir. Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn ingiltərəli turist Cemi Sleksmet deyib.

Ölkəmizə ikinci dəfə gəldiyini vurğulayan C.Sleksmet azərbaycanlıların qonaqpərvər və gülərüz olduqlarını diqqətə çatdıraraq bildirib ki, şəhər traslarında yarış həmişə maraqlı olur. Ensiz və uzun yollarda bolidlərin mübarizəsi məni valeh edir. Ümid edirəm ki, gələn il təşkil olunacaq yarışa da gələcəyəm. Əyləncə zonasında çox gözəl şərait yaradılıb.

Azərbaycan mətbəxinin zənginliyindən məftunluqla söz açan ingiltərəli turist deyib: “Özünəməxsus və dadlı milli xörəkləriniz var. Bakı həm Şərq, həm də Qərb mədəniyyətinin elementlərini görmək olar. Möhtəşəm binalar və dənizkənarı park insanı valeh edir”.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər