“İnsan elm öyrənmək yolunda addım atanda onun həm də rusizi artır...”

“İnsan elm öyrənmək yolunda addım atanda onun həm də rusizi artır...”

Əsrlər boyu dinimizə qarşı qara qüvvələr tərəfindən şər atılmaqdadır. Əslində isə İslam sözünün iki mənası vardır: birincisi sülh, ikincisi isə boyun əymək, itaət etmək (Allaha təslim olmaq).


İlahiyyar üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov Moderator.az-a açıqlamasında bildirdi ki, İslam dini əslində insanları elm öyrənməyə təşviq edən bir dindir və elm öyrənən şəxsin də sözsüz ki, ətrafdakı insanlara faydası var:


“Ümumiyyətlə, “Qurani-Kərim” elm öyrənməyi, oxumağı təşviq edir. Çünki Allah-təala ilk dəfə Pəyğəmbərə "Oxu" əmriylə müraciət edib. Təhsil almaq İslam dinin üstünlük verdiyi bir məsələdir. Elmin fəzilətiylə bağlı mənbələrdə kifayət qədər hədislər var. Əgər kim elm arxaslnca gedərsə, Allah onun üzünə cənnətin qapılarını açar. İnsan elm öyrənmək yolunda addım atanda onun həm də rusizi artır. Bununla yanaşı, insan özü də rahatlıq tapır və digər insanlara da faydası olur”.


Vasif Əlihüseyn

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər