İnsanlar daha çox bu xəstəliklərdən dünyasını dəyişir - STATİSTİKA

Moderator.az xəbər verir ki, istehsal olunan keyfiyyətsiz qidalar daha çox insan ölümünə səbəb olur, nəinki siqaret. Aparılan araşdırmalara görə keyfiyyətsiz ət və tərəvəz məhsulları il ərzində 500 mindən çox amerikalı və 90 min ingilis vətəndaşının ölümünə səbəb olur.
2017-ci ildə “Qərb dieti” adlanan (bura qırmızı ət, yağlar və tərəvəzlərin keyfiyyətsiz istehsalı və şəkər daxildir) dünyada hər beş adamdan birinin ölümünə səbəb olub. Ən çox ölüm halları isə Çin, Hindistan və Rusiyada qeydə alınıb. Sonrakı yerləri isə ABŞ və İngiltərə tutur.
Məlumatda qeyd olunur ki, yüksək qan təziyiqi 10,4 milyon adamın, ürək-damar xəstəlikləri 9,4 milyon və siqaret isə 8 milyon insanın ölümünə səbəb olub. Alimlər yaşından və cinsindən asılı olmayaraq insanları zərərli qidalardan uzaq olmağa çağırır. Ümumilikdə, qoz-fındıq, taxıl və süd məhsullarının istehlakı azalıb. Alimlər tədqiqatlar nəticəsində bildiriblər ki, sağlam qida məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə hərtərəfli tədbirlərin görülməsinə ehtiyac var. Araşdırmaya dünyanın təxminən 40 ölkəsindən 130-dan çox alim qatılıb.
Vasif Əlihüseyn