İnsanların məhəbbətini cəlb edən 3 xüsusiyyət

İnsanların məhəbbətini cəlb edən 3 xüsusiyyət

İmam Cavad (ə) buyurur: "Üç sifət məhəbbəti cəlb edər: İnsanlarla rəftarda insaflı olmaq, onların çətinliyinə həmdərd olmaq, mənəviyyatla həmdəm olmaq".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu üç sifət gərək hər bir müsəlman üçün örnək sifətlərdən olsun. Bu 2 ilk sifət o zaman həyata keçər ki, üçüncü sifət güclü olsun. İnsan əgər mənəviyyatlı olarsa, insanlara qarşı insaflı olar və onların dərdinə həmdəm olar. (Tebyan)
Həzrət Əli (ə) Kumeylə buyurur: "Sənin dinin - qardaşındır, ona görə də nə qədər bacarırsan, dinin barəsində ehtiyat et". Hər kim bu qardaşın məhəbbətini cəlb edər, gərək istək və arzularına qarşı etinasız olmasın.
Məhəbbəti cəlb edən əməllərdən biri də sileyi-rəhmdir. İmam Əli (ə) buyurur: "Sileyi-rəhm məhəbbət gətirər, düşmənçiyi aradan aparar".
Mömin o şəxsdir ki, başqalarına xidmət edər. Bu işdə ilk sırada onun valideynləri və yaxınları durar. Peyğəmbər (s) buyurur: "Ən yaxşı mömin o kəsdir ki, möminlərlə yaxın olar. Əgər kimsə yaxın olmazsa və yaxınlığı qəbul etməzsə, onda xeyir olmaz". Mömin üçün ilk möminlər - ailəsi və qohumları, ondan sonra başqa möminlərdir.
Beləliklə deyə bilərik ki, insaflı olmaq, insanlara xidmət etmək, sileyi-rəhm etmək məhəbbət gətirən əməllərdəndir. İslam dini möminə tövsiyə edir ki, başqalarının sevgisini qazanmaq üçün səy göstərsin. Çünki əgər belə edərsə, cəmiyyətdə daha yaxşı və səmimi rabitələr qura bilər. İnsanların qəlbini fəth edərək, əslində Allahın məhəbbətini qazanmış olar. Çünki insanlar - Allahın ailəsidir.

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər