Instagram-a yeni baş direktor təyin edilib

 Instagram-a yeni baş direktor təyin edilib

Facebook-un İnkişaf departamentinin vitse-prezidenti Adam Mosseri Instagram-ın yeni direktoru təyin edilib.

Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, Adam Mosseri 2008-ci ildə Facebook-da dizayner kimi çalışmağa başlayıb, həmçinin o, sözügedən sosial şəbəkənin xəbər lentinə nəzarət edirdi. Son zamanlar isə Instagram üzərində işlərə məsul bölmələrdən birinin rəhbəri olub.

Məlumat üçün bildirək ki, Instagram sosial şəbəkəsinin yaradıcıları olan Kevin Sistrom və Mayk Kriqeri sentyabrın sonunda şirkətdən ayrılacaqlarını açıqlamışdılar. Onların gediş səbəbi bilinmir. Qeyd edək ki, Kevin Sistrom və Mayk Kriqer 2010-cu ildə Instagram foto xidmətini yaradıblar, 2012-ci ildə isə Facebook həmin xidməti 1 milyard dollara satın alıb.

İKT xəbərləri
Xeberler.az digər xəbərlər