Instagram-da videozəng funksiyası təkmilləşdirilib

 Instagram-da videozəng funksiyası təkmilləşdirilib

Cari ilin iyununda "Instagram" mobil proqramında videoçat istifadəyə verilib. İndi isə tərtibatçılar həmsöhbətlərin maksimum sayını artırıblar.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, artıq qrup zənglərində 6-dək həmsöhbət dəvət etmək olar. Bu haqda şirkətin dəstək səhifəsində məlumat verilib.

Xatırladaq ki, ilk əvvəllər qrup videozənglərində ən çox 4 həmsöhbət iştirak edə bilirdi.

İKT xəbərləri
Xeberler.az digər xəbərlər