Instagram şopinq üçün proqram hazırlayacaq

 Instagram şopinq üçün proqram hazırlayacaq

Instagram sosial şəbəkəsinin mütəxəssisləri alış-veriş üçün IG Shopping adlı tətbiq hazırlayacaqlar.

Xeberler.az ICTnews Elektron Xəbər Xidmətinə istinadən məlumat verirki, yeni tətbiqin köməyi ilə istifadəçilər sosial şəbəkədə satınalmalar etmək və ödəmək imkanı əldə edəcəklər.

Facebook-un əsas əməliyyat direktoru və Instagram-ın sahibi Şeril Sendberqin sözlərinə görə, sosial şəbəkədə 25 milyondan çox şirkətin hesabı mövcuddur.

Məlumata görə, 5 istifadəçidən 4-ü ən azı bir brendi izləyir, buna görə ayrı bir mobil proqram pərakəndə ticarət üçün meydança yaratmağa və gəlirləri artırmağa kömək edəcək.

İKT xəbərləri
Xeberler.az digər xəbərlər