İntihar edən 5-ci sinif şagirdinin atası: - "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"

İntihar edən 5-ci sinif şagirdinin atası: - "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"

Paytaxtın Nizami rayonundakə 109 nömrəli məktəb həmin məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Faktor.az ONA-ya istinadən xəbər verir ki, məktəbdən verilən cavabda bildirilir ki, aprelin 30-da təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: "Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub, uşağa müvafiq psixoloji yardım göstərilib. Hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”.

109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyevanın atası Şamxal Əliyev isə iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib: "Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.

Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: "Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”.

Ş. Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb: "Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar. Bu hadisə Fatiməyə təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”.

Atası hazırda Fatimənin məktəbə getmədiyini bildirib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qeyd edib ki, Fatimə Əliyeva şöbədə 3 sutka qalıb: "Dərmanların əlavə təsiri vardı. Psixoloji durumu gərgin idi. Ona görə psixoloq da gəldi, bir az söhbət elədi. Bizə intihara cəhd haqqında heç nə demədi. Haradasa 5 gün bundan əvvəl onu evə yazmışıq. Öz ayağıyla, rahat şəkildə evinə gedib”.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər
Ramil Usubov yeni binaların açılışını edib

Ramil Usubov yeni binaların açılışını edib

10-05-2019 21:15 - Faktor.az - Siyasət

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günü - mayın 10-da Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub.



Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.



Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.



General-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.



Bu ali diqqət və qayğı nəticəsində hər il yeni obyektlərin tikilərək istismara verildiyini xatırladan nazir elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin xidməti fəaliyyətdə tətbiqinə böyük önəm verildiyini nəzərə çatdırıb, bütün bunların isə şəxsi heyətin öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırdığını qeyd edib.