İntihar edən Elinanın anası verilən qərardan NARAZIDIR

İntihar edən Elinanın anası verilən qərardan NARAZIDIR

"Mən inanıram ki, Elinanın qanı yerdə qalmayacaq. Bütün günahkarlar cəzalarını alacaqlar".

Bu sözləri Sonxeber.az-a intihar edən 14 yaşlı Elinanın anası Sevil Hacıyeva deyib.

S.Hacıyeva istintaqın ədalətli və obyektiv aparılacağına inanır:

"Mən anayam, hələ də ürəyim yanır. Dünən qızımı ziyarətə getmişdim. Bilirsiniz, bir ana üçün bu necə ağır dərddir. Dərdimi sözlə ifadə edə bilmirəm. Heç bir anaya mənim kimi övlad itkisi arzulamıram. İstərdimki, qızımın ölümündə günahkar olanların hamısı layiqli cavabını alsınlar. İstintaqın da ədalətli və obyektiv aparılacağına inanıram".

Elinanın anası məktəbin direktoru Sevinc Abbasovanın barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə qanelənmir:

"İstinaq davam edir, eyni zamanda Sevinc Abbasovanın barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu da övladını itirmiş ana kimi məni qane etmir. Qətiyyən razı deyiləm. Bir daha xahiş edirəm istintaq ədalətli aparılsın".

Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib.

Güınarə Eynullaqızı

Açar sözlər
Elina Hacıyeva , Sevinc Abbasova , Sevil Hacıyeva
Mədəniyyət xəbərləri
Sonxeber.az digər xəbərlər