İnvestisiya sazişi və anlaşma memorandumları operativ qaydada həll edilib

İnvestisiya sazişi və anlaşma memorandumları operativ qaydada həll edilib

"Yaradılmış xüsusi işçi qrupu çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan investisiya mühiti və aqrobiznes rəqabətliliyi ilə bağlı bu gün imzalanacaq investisiya sazişi və anlaşma memorandumlarının yekun layihələrinin hazırlanması işləri operativ qaydada həll edilib". SİA xəbər verir ki, bunu "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi" sazişin imzalanma mərasimində çıxış edən Baş nazirin müavini Yaqub Eyyubov deyib.

Y.Eyyubov qeyd edib ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadi islahatlar nəticəsində əlverişli biznes mühiti yaradılıb: "Biznes mühitinin əlverişliyini daha da artırılması, xüsusilə azad rəqabət mexanizminin inkişafı və bu sahədə şəffaflığın yüksəldilməsi üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində IFC ilə əməkdaşlıq əlaqələri yeni mərhələyə qaldırılması və daha da genişləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı ilə biznes mühiti və beynəlxalq reytinq və komisiyalar daxilində müvafiq dövlət qurumlarının və IFC-ni təmsil edən xüsusi işçi qrupu yaradılıb. Bu qrup çərçivəsində IFC-nin Azərbaycan investisiya mühitinin və aqrobiznes rəqabətliliyi çərçivəsində bu gün imzalanacaq investisiya sazişi və anlaşma memorandumlarının yekun layihələrinin hazırlanması işləri operativ qaydada həll edilib".

loading...

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər