İpotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

İpotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatına alınması və qeydiyyatın ləğvi ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional ofislərində və elektron formada əlçatan oldu.

Əmlak Məsələləri Dövlət Komitəsindənverilən məlumata görə, qeyd olunan xidmətlərə müraciətlərin qəbul edilməsi, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçisinin məlumatlandırılması aiddir.

İpotekanın dövlət qeydiyyatına alınmasını elektron xidmət vasitəsilə daha rahat formada həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Komitənin elektron xidmətlər portalında 15-ci bölməyə daxil ola bilər. Elektron formada və ya ünvanlarda xidmətdən istifadə etmək üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın ipotekası haqqında müqavilə, ərizə, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd və digərləri aiddir. İpotekanın dövlət qeydiyyatına alınması xidməti 3 iş günü ərzində həyata keçirilir, 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq ipotekanın dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə "Elektron hökumət" portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.

İpotekanın dövlət qeydiyyatının ləğvi ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bu xidmətdən istifadə elektron formada da mümkündür. İstifadəçi Komitənin Elektron Xidmətlər Portalında 16-cı bölməyə daxil ola bilər. Xidmət göstərilməsi üçün tələb olunan sənədlərə məhkəmə qərarı, ərizə, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd və digərləri aiddir. İpotekanın dövlət qeydiyyatının ləğvi xidməti 3 iş günü ərzində həyata keçirilir, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Nəticədə ərizəçiyə daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvinə dair arayış təqdim edilir.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər
Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:48 - Xeberle.com - İqtisadiyyat


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Xeberle.com-un məlumatına görə, qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
 Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.