İran ABŞ-a qarşı hərəkətə keçdi

İran Məclisi (parlament) ABŞ-a qarşı sanksiyalar haqqında qanunu qəbul edib.
Sənəd rəsmi Vaşinqtonun Tehrana qarşı məhdudlaşdırıcı tədbirlərinə cavab olaraq qəbul olunub.
Yeni qanun Amerikanın İrana qarşı “düşmən sui-qəsdi” ilə mübarizə üçün hərtərəfli planın bir hissəsidir.
Qeyd edək ki, ABŞ-ın daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) verdiyi 180 günlük güzəşt müddəti 2 mayda bitəcək. Prezident Donald Tramp ötən gün bu müddəti uzatmayacağını açıqlayıb.
Paylaş: