İran-Azərbaycan sərhədində atışmada həlak olan əsgər dəfn edilib

İran-Azərbaycan sərhədində atışmada həlak olan əsgər dəfn edilib

Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı qrupla atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib.

ONA-nın məlumatına görə, S. Məmmədov Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu həlak olub.

Faktla bağlı cinayət işi başlanıb.

Fuad Nazimoğlu

Hadisə xəbərləri
ADU-nun rektoru xatirə medalı ilə təltif olunub

ADU-nun rektoru xatirə medalı ilə təltif olunub

11-03-2019 14:15 - Moderator.az - Hadisə
Rektor Kamal Abdullanın ADU-ya rəhbərlik etdiyi tarixdən etibarən şəhid ailələrinə, onların ADU-da təhsil alan övladlarına, kollektivdə yer alan Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşması, həmçinin erməni qəsbkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalı günlərini qan yaddaşı olaraq tələbələrin hafizəsinə hopdurulması və vətənpərvər ruhlu vətəndaş və pedaqoq kimi yetişmələri üçün mühazirə-seminar dərslərində onlarla bu mövzuda zəruri söhbətlərin aparılmasını professor-müəllim heyətinə tövsiyə etməsi, o cümlədən ali təhsil müəssisəsində 20 yanvar, Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirməsi, tələbələrin universitetin ictimai həyatında fəal rol oynamağa şərait yaratması, bu tədbirlərin məntiqi davamı kimi Azərbaycan Respublikasının məcburi köçkün məktəblərində, xüsusilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd orta məktəbində tələbələrin pedaqoji təcrübəyə göndərilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər, əsil pedaqoq və peşəkar təhsil mütəxəssisi, həm də mənəvi ata və şəfqətli insan kimi fəaliyyəti şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi veteranlarının, onların ailə üzvlərinin dərin minnətdarlığına və riqqətinə səbəb olub.
Apa.az digər xəbərlər