İran hədəfini açıqladı: Kosmik proqram davam edəcək

İran hədəfini açıqladı: Kosmik proqram davam edəcək

İran öz raketlərinin mənzilini artırmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

O, eyni zamanda vurğulayıb ki, hökumət insanların həyatının yaxşılaşdırılması və texnoloji imkanlarının təkmilləşdiriməsi məqsədilə kosmik proqramı inkişaf etdirməyə davam edəcək.

Şamxani əlavə edib ki, İsraildəki sionist rejim və Qərb KİV-i İranın kosmik proqramını raket potensialı ilə əlaqələndirməyə çalışır.

Siyasət xəbərləri
Axar.az digər xəbərlər