İran polisi narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib, 4 nəfər öldürülüb

İran polisi narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib, 4 nəfər öldürülüb

İranın cənub-şərqində yerləşən Sistan–Bəlucistan əyalətində narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyat nəticəsində 4 qaçaqmalçı ölüb, 2 ton 170 kiloqram narkotik maddə götürülüb.

İnterPress.Az İRNA-ya istinadən xəbər verir ki, bu barədə əyalətin polis rəisinin müavini Əhməd Tahiri bildirib.

Ə.Tahiri bildirib ki, əməliyyat zamanı qaçaqmalçılarla polis qüvvələri arasında atışma baş verib və 4 qanun pozucusu öldürülüb, ikisi tutulub.

İslam Respublikasının Əfqanıstan və Pakistanla sərhədində narkotik maddələrin qaçaqmalçıları ilə İranın təhlükəsizlik qüvvələri arasında tez-tez atışmalar baş verir.

İnterPress.Az


Hadisə xəbərləri
Interpress.az digər xəbərlər