İran prezidenti bəzi qonşu ölkələrə xəbərdarlıq edib

İran prezidenti bəzi qonşu ölkələrə xəbərdarlıq edib

"Biz həmişə müzakirə və diplomatiya tərəfdarı olmuşuq, lakin əgər döyüş baş verərsə, meydandan da qaçmarıq”.

Xeberle.com-un məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında çıxışında deyib.

ABŞ-ın həmişəmüzakirə dekorasiyası göstərdiyini bildirən H.Ruhani qeyd edib ki, ABŞ bütün təzyiqləri götürsə və öz qanunsuzaddımlarına görə üzr istəsə, qarşılıqlı hörmət prinsipi ilə müzakirələr ola bilər.


ABŞ-ın uzun illərdir İrana qarşımüxtəlifuğursuz siyasi və iqtisadiməhdudiyyətlər tətbiq etdiyini deyənH.Ruhanibildirib ki,ABŞ iqtisadi sahələrdə də tətbiq etdiyi sanksiyalarla öz məqsədlərinə çatmayacaq: "Əlbəttə ki, bu təzyiqlərin xalqın gündəlik həyatında çətinlik yaratması təbiidir, lakin İran xalqıçox yaxşı bilir ki, təcavüzkarların qanunsuz addımları qarşısındamüqavimətdən başqa yol yoxdur.

İran prezidenti deyib ki, ABŞ müzakirə üçün hazır deyil: "Etdiyi əməllərİran xalqını məğlub etmək üçündür və istəyi budur ki, yenidən İrana qayıtsın. Biz ABŞ-ıöz zülm və qanunsuz addımlarına görə peşman etməliyik. Sübut etməliyik ki, ABŞ səhv edib. Öz hesablamalarını düzgün aparmadığını anlayandan sonra məntiq və dəlillə problemləri həll etmək istəsələr, biz buna hazır olacağıq”.

İranın qonşu ölkələrlə çox yaxşı münasibətdə olduğunu bildirən H.Ruhani qeyd edib ki, bir-iki qonşu ölkə Səudiyyə Ərəbistanı vəBƏƏ-nin təzyiqi ilə münasibətləri gərginləşdirir: "Onlar bilməlidir ki, bu gün onların yaşaması İslam Respublikasının ağıllı davranışına görədir. Əgər İslam sisteminin başçıları, Ali RəƏhbər və mərhum Ayətullah Rəfsəncani Səddamın Küveytə hücumu zamanı dəqiq və doğru qərar verməsəydilər,bu gün o ölkələrdən əsər-əlamət qalmazdı”.

H.Ruhani bildirib ki, Səddamhəmin dövrdə Haşimi Rəfsəncaniyə məktub yazaraq,açıq şəkildəİranla 800 kilometrlik müştərək sərhədə sahib olacağını demişdi: "Bu onu göstərir ki, Səddam Küveytdən başqa Səudiyyə Ərəbistanı,Oman,BƏƏ və Qətəri də işğal etmək niyyətində idi. Həmin dövrdəSəddam mesaj göndərirdi ki, körfəzi işğal etmək istəyir, siz də qoşulun və şərik olun. Lakinİran İslam Respublikasının rəhbərliyi o dövrdə ağıllı davrandı, bu ölkələr bunu unutmamalıdırlar. Siz bilmirsiniz ki, Donald Trampın hakimiyyəti sona çatacaq vəburda qalan sizinlə uzun illər qonşu olan ölkədir? Biz sizi məhv olmağa qoymadıq, indi necə bizimlə düşmənçilik edirsiz?İran xalqı bu çətinlikləri geridə qoyacaq, amma bilməlisiniz ki, səhv iş görürsüz. Bəzi qonşu ölkələr bilsinlər ki,etdikləri hərəkətlər və dedikləri sözlər tarixdəqalacaq, gələcəkdə xalqlarınız sizi məzəmmət edəcək.Tarix boyu İran xalqı sizə yaxşılıq edib və sizdən pisliklə cavab alıb. Bu, qonşuluq və qardaşlıq məntiqi ilə uyğun gəlmir. İran regionun əsas güclərindəndir vəəgər başqa iradəsi olsa və istifadə etsə, bu, sizin ziyanınıza olacaq. Ona görə elə yol seçin ki, region xalqları, dünya və bazarın xeyrinə olsun”.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Həsən Ruhani , Donald Tramp , Ayətullah Rəfsəncani , Nazirlər Kabineti , Iran , Səudiyyə Ərəbistanı , Abş , Küveyt , Oman , Rəfsəncan
Siyasət xəbərləri
Xeberle.com digər xəbərlər