İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb "İrana qarşı hər hansı addım onlar üçün peşmançılıqla nəticələnəcək"


İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb"İrana qarşı hər hansı addım onlar üçün peşmançılıqla nəticələnəcək"

İran Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənləri xəbərdar edir ki, İrana qarşı yönəlmiş hər hansı bir addım onlar üçün peşmançılıqla nəticələnəcək.

Bu sözlər İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən bu gün yayılan bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, düşmən İrana qarşı psixoloji təzyiq vasitələrindən istifadə edərək cəmiyyətdə qarışıqlıq salmaq istəyir. Odur ki, xalqımız ayıq-sayıq olmalı düşmənin mənasız bəyanatlarına uymamalıdırlar.

Nəzərə çatdırılıb ki, ABŞ beynəlxalq razılaşmaya əməl etməkdən imtina edərək İranı zor tətbiq etməklə hədələyir. Lakin İran ordusu həmişə xalqı müdafiə etməyə hazırdır və İrana qarşı hər hansı bir təxribat baş verərsə, onun qarşısı dərhal alınacaq.

Bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri tam hərbi hazırlıq vəziyyətindədir(azərtac).

Siyasət xəbərləri
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə

İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə

09-05-2019 12:05 - Faktor.az - Siyasət

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər.

Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə günü münasibətilə onları təbrik etdilər.

Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Strateq.az digər xəbərlər