İran tankeri Səudiyyə Ərəbistanı sahillərində qəzaya uğradı

İran tankeri Səudiyyə Ərəbistanı sahillərində qəzaya uğradı

İrana məxsus neft tankeri Səudiyyə Ərəbistanı sahillərində qəzaya uğrayıb.

Hadisə Qırmızı dənizdə, Ciddə limanı yaxınlığında baş verib.

Səudiyyəli sahil-mühafizə xidmətinin əməkdaşları gəminin heyət üzvlərini xilas edə biliblər.

26 heyət üzvündən 24-ü İran, 2 nəfəri Banqladeş vətəndaşıdır. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Trend-in məlumatına görə, qəzaya mühərrikin sıradan çıxması və idarəetmənin itirilməsi səbəb olub.

Açar sözlər
Iran , Səudiyyə Ərəbistanı , Banqladeş , Ciddə , Xəsarət
Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər