İran yeni PUA-larını silahlanmasına daxil edilib

İran yeni PUA-larını silahlanmasına daxil edilib

Dünən İsfahandakı “Şəhid Babae” hava bazasında həyata keçirilən “Defenders of Velayat Skies 97” təlimində İran yeni PUA-larını silahlanmasına daxil edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə briqada generalı Əli Rza Anqize danışıb.

“İlk dəfədir ki, HHQ-nin dronları əməliyyata hazırdır və hədəfləri məhv edə bilər”, - deyə o bildirib.

Təlimdə İran HHQ kimyəvi hücumlara qarşı bacarıqlarını da sınaqdan keçirib. Bundan əlavə, F-14 və MiQ-29 qırıcıları hava döyüş əməliyyatlarında istifadə edilib.

Sevinc Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran PUA Təlim HHQ

İKT xəbərləri
Ordu.az digər xəbərlər