"İrana qarşı sanksiyalar nəticəsində dünyada neft qıtlığı yaranmayacaq"

"İrana qarşı sanksiyalar nəticəsində dünyada neft qıtlığı yaranmayacaq"

Rusiyanın “Rosneft” dövlət neft şirkətinin rəhbəri İqor Seçin ABŞ-ın İranın neft ixracına qoyduğu sanksiyalar nəticəsində bu ilin 2-ci və 3-cü rübündə dünya neft bazarında qıtlıq yaranacağını gözləmir.

“Rosneft” rəhbəri jurnalistlərə belə bir təhlükə görmədiyini bildirib.

Bu həftə ABŞ hökuməti ötən ilin noyabr ayında Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, Türkiyə, Yunanıstan və İtaliya üçün İrana qarşı sanksiyalardan verdiyi möhləti uzatmayacağını açıqlayıb. ABŞ möhlət müddəti başa çatacaq mayın 2-dən etibarən İran neftinin hər hansı ölkəyə ixracını əngəlləməyə çalışacaq.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

© Report

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər