İranda daha 4 məhkum edam olundu


İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, ölüm hökmü üç gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, məhkumların hamısı – 37 yaşlı Həmidrza Hüseynxani, 42 yaşlı Məcid Kazimi, 26 yaşlı Məhəmməd Hemməti və 26 yaşlı Məhəmməd Davudabadi mayın 6-sı sübh saatlarında Ərak şəhərinin zindanında dara çəkiliblər. Məhkumlardan biri (Məcid Kazimi) 13 il həbsdə saxlandıqdan sonra edam edilib.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada birinci yeri tutur.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər