İrandan qayıdan Gəncə sakinləri Salyanda qəzaya düşdülər 4 YARALI

İrandan qayıdan Gəncə sakinləri Salyanda qəzaya düşdülər 4 YARALI

Bu gün səhər saat 5:30 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 61-ci km.-də, “Hacıoğlu” Salyan Park İstirahət şəhərciyinin qarşısında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Gəncə şəhər sakini , 42 yaşlı Elçin Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 20 DS 354 dövlət nömrə nişanlı minik avtomobilinin beton yol ayrıcına çırpılması nəticəsində o özü, eləcə də sərnişinləri olan Gəncə sakinləri-38 yaşlı Səkinə Abas qızı Allahverdiyeva, 26 yaşlı Habil Bəhram oğlu Məmmədov və 30 yaşlı Rauf İsrafil oğlu ismayılov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin Gəncə sakinlərinin İran İslam Respublikasından qayıtdıqları zaman baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər