İraq ABŞ və Çinin neft nəhəngləri ilə 53 milyard dollarlıq müqavilə imzalayacaq

İraq ABŞ və Çinin neft nəhəngləri ilə 53 milyard dollarlıq  müqavilə imzalayacaq

İraq hökuməti ABŞ “ExxonMobil” və Çinin “PetroChina” şirkəti ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.

Metbuat.az Azərtaca istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Adel Əbdül-Mehdi deyib.

O bildirib ki, meqa layihə üzrə razılaşmanın müddəti 30 il olacaq və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə ediləcək. Müqavilə İraqın cənubundakı 2 neft yatağının – “Nahr Bin Umar” və “Artavi”nin işlənməsinin inkişaf etdirilməsini nəzərə tutur. Yataqlarda neft istehsalının həcminin gündəlik 125 min barreldən 500 min barrelə çatdırılması planlaşdırılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər