İraqda terror nəticəsində 7 nəfər ölüb

İraqda terror nəticəsində 7 nəfər ölüb

Çox sayda insan yaralanıb

İraqın Əl-Sadr əyalətinin Camila bölgəsindəki bazarda üzərinə partlayıcı quraşdırılmış “canlı bomba” özünü partladıb.

ONA İhlas xəbər agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.

Hələ ki, məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

loading...

Hadisə xəbərləri
Xəzərdə gəmi yanğınında xəsarət alanların adları - SİYAHI

Xəzərdə gəmi yanğınında xəsarət alanların adları - SİYAHI

10-05-2019 13:13 - Faktor.az - Hadisə

Mayın 8-də axşam saatlarında Xəzər dənizində “Saipem”şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov”borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilənməlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
 
Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.

Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Hazırda reanimasiyada olan həmin yeddinəfərdən üçünün vəziyyəti kritik ağır, dördnəfərin isə vəziyyəti sabit ağırdır.

Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində “Saipem”şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov”borudüzən gəmisində yanğın baş verib.
Pia.az digər xəbərlər