İraqın Diyala əyalətində partlayış törədilib, hərbçilərdən ölən və yaralananlar var

İraqın Diyala əyalətində partlayış törədilib, hərbçilərdən ölən və yaralananlar var

İraqın Diyala əyalətinin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində partlayış törədilib. Ölən və yaralananlar var.

Bu barədəOperativ.tv SalamNews istinadən xəbər verir.

Əyalətin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində quraşdırılmış bomba işə düşüb. Bir hərbçi həlak olub və altısı yaralanıb.

Qeyd edək ki, Diyala İŞİD-in fəal olduğu əyalətlərdən biridir.

İŞİD 2017-ci ilin sonunda İraqda zəbt etdiyi bütün əraziləri itirib və gizli sığınacaqlarına geri çəkilib. İraqın əl-Ənbar, Diyala, Səlahəddin və Nineva əyalətləri İŞİD-ə qarşı əməliyyatların tez-tez şahidi olur.

Açar sözlər
Işid , Iraq
Siyasət xəbərləri
Operativ.TV digər xəbərlər