İrəvan bir daha sübut etdi ki… - Aksoy

İrəvan bir daha sübut etdi ki… - Aksoy

Makronun 24 apreli anım günü elan etməsini unutmayacağıq. Fransa prezidentinin istifadə etdiyi ağır ifadələrin qarşılığı olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə XİN sözçüsü Hami Aksoy deyib.

"Ermənistan sözçüsünün üslubu və istifadə etdiyi kəlmələr Ermənistanın hələ də bir dövlət perspektivinə sahib olmadığını göstərir. Türklərə inkarçı demək geridə qalmış bir təfəkkürün işarəsidir. İfadə azadlığımızı məhdudlaşdırmağa hesablanmış bir təşəbbüsdür. Sözçünün İrəvandakı milli arxivlərin açıq olduğunu iddia etməsinə baxmayaraq, bu arxivlər əslində açıq deyildir. Sadəcə, erməni iddialarının düzgünlüyünü sübuta yetirən hissələr açıqdır", - Aksoy bildirib.

Putin dünyanın ən məşhur universitetlərindən birinin fəxri doktoru oldu

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər