İrəvan həm rus, həm Amerika silahını istəyir: Nazir detalları gizlədir


İrəvan həm rus, həm Amerika silahını istəyir: Nazir detalları gizlədir

Ermənistanla Rusiya arasında silah satışına dair müqavilə var.

Bu sənəd barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

Onun sözlərinə görə, müxtəlif rus silahlarının Ermənistana göndərilməsi bu il və gələn il həyata keçiriləcək: "Razılıq var. Detalları deyə bilmərəm. Nə zaman silahlar gələcəksə, o zaman deyəcəyəm".

Rusiya aviabazasının Ermənistanda olması barədə suala cavabında nazir bildirib ki, hərbi baza müasirləşdiriləcək və silahların sayı, növləri ilə bağlı qərar qəbul olunacaq.

ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvana səfəri zamanı bu ölkənin silahlarının Ermənistana satılması barədə təklifindən danışan nazir "Biz konkret təkliflər almamışıq", - deyib.

"Bəli, Boltonun bəyanatı olub, ancaq konkret heç nə yoxdur. Biz keyfiyyət və qiymətə görə bazarı öyrənirik. Əgər onları almaq olarsa, niyə də yox?", - deyə nazir vurğulayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 386