İrəvan hökuməti əvvəlki yanaşmasından vaz keçməyib

İrəvan hökuməti əvvəlki yanaşmasından vaz keçməyib

Təxribatlar ona görə törədilir ki, Ermənistanda revanşizmi canlı, diri tutmaq istəyənlər var

Digər tərəfdən bölgədə marağı olan güclər də İrəvana təsir göstərir. Həm də Paşinyan hökuməti siyasi-hərbi və təhlükəsizlik baxımından dövlətə tam hakim deyil

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə Kəlbəcər istiqamətindəki mövqelərimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutublar. Bununla yanaşı, düşmən tərəf diversiya təxribatı törətməyə də cəhd ediblər. Ermənilərin diversiya qrupu Kəlbəcər-Laçın istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.

Rəsmi Bakı vurğulayıb ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın növbəti təxribat cəhdlərini "Şərq"ə təhlil edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, münaqişə tərəflərinin prosesə yanaşması fərqlidir. Analitik qeyd edib ki, Azərbaycanın məsələyə dair mövqeyi müstəqillik əldə etdiyimiz gündən bu yana, demək olar ki, dəyişməyib:

"Rəsmi Bakının mövqeyi odur ki, əgər ərazi bütövlüyünə və suverenliyə hörmət qarşılıqlı şəkildə olarsa, dövlətlər bir-birinin daxili işinə qarışmazsa, bölgədə sülh olar və bütün region ölkələri bundan xeyir görər. Azərbaycan öz əraziləri işğal altında qaldığı müddətdə belə daim sülh naminə danışıqlar prosesində maraqlı olub. Ancaq bunun əksinə Ermənistan 30 il ərzində sadəcə təxrtibat törətmək, təcavüzü genişləndirmək barədə düşünüb. Hətta işğalçılıq Ermənistanın özünə ziyan vurduğu halda, hansısa xarici güclərin maraqları uğruna təcavüzdən əl çəkməyib. Bu, çox yanlış bir strategiya olub. Ermənistanda az da olsa bu yanlış strategiyaya qarşı çıxanlar olsa da, İrəvan hökuməti əvvəlki yanaşmasından vaz keçməyib. Əslində çoxları zənn edirdi ki, Ermənistan 44 günlük müharibədən, ağır məğlubiyyətdən sonra Ermənistanda mövcud reallıqları dərk edənlərin sayı artar. İrəvan durumdan nəticə çıxardar. Lakin biz bunu müşahidə etmədik. Düzdür, Ermənistanda 1990-cı illərin əvvəllərindən fərqli olaraq yanlış siyasəti dərk edənlərin sayında artım var. Ancaq görünən odur ki, hələ də arzulanan səviyyədə deyil. Təxribatlar ona görə törədilir ki, Ermənistanda revanşizmi canlı, diri tutmaq istəyənlər var. Digər tərəfdən bölgədə marağı olan güclər də İrəvana təsir göstərir. Həm də Paşinyan hökuməti siyasi-hərbi və təhlükəsizlik baxımından dövlətə tam hakim deyil. Vəziyyət elədir ki, ermənilər tərəfindən bir addım atılanda bunun Paşinyan tərəfindən edildiyi, yaxud digər güclərin təsiri ilə olduğu haqda dəqiq təsəvvür formalaşmır. Hansısa təxribat törədəndə adamın ağlına ən azı 5 dövlət gəlir ki, görəsən, budəfəki təxribatın arxasında kim dayanır?!".

A.Aslanlı vurğulayıb ki, Ermənistan tərəfdə və onları dəstəkləyən ölkələrdə bir düşüncə hakimdir:

"Onlar düşünürlər ki, Azərbaycan-Ermənistan arasında qarşıdurma olmaması, proseslərin sakit irəliləməsi, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi zəruri məqamlarda bölgəyə nüfuz etmək imkanlarını da aradan qaldıracaq: "Əks halda üç dövlət arasında imzalanmış 10 noyabr üçtərəfli bəyanatı tərəflər arasında həm atəşkəsin olmasına, həm də sülh prosesinin inkişafına kifayət etməliydi. Ancaq kənar qüvvələrin müdaxiləsi və Ermənistanın təhrik edilməsi buna imkan vermir. Cənab Prezident dəfələrlə bildirib ki, münaqişə bitib və biz quruculuqla məşğuluq. Ermənistan və onun dəstəkçiləri isə öz təxribatları ilə bölgədə müharibə təhlükəsinin qaldığını, quruculuq işlərinin riskli olduğunu göstərməyə çalışırlar. Ona görə də Azərbaycan həm hərbi ritorikasını davam etdirir, lazım olanda düşməni əzir, eyni zamanda paralel olaraq quruculuq-bərpa işlərini həyata keçirir. Bu da çox önəmli iki nüansdır".

Açar sözlər
Araz Aslanlı , Silahlı Qüvvələr , Qafqaz Beynəlxalq Münasibətlər Və Strateji Araşdırmalar Mərkəzi , Azərbaycan , Bakı , Ermənistan , Kəlbəcər , Irəvan , Prezident
Siyasət xəbərləri
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

23-09-2022 20:23 - Olaylar.az - Siyasət
Komitə sədri Səməd Seyidov "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə, "Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında" Konvensiyanın təsdiq edilməsi barədə, "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə, "İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi"nin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə, "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə"yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında", "İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi"nin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə, "Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə", "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində", "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyəti haqqında məlumat verib.
Sherg.az digər xəbərlər